Nazir Rəşad Nəbiyev AİB-in Azərbaycan üzrə direktoru ilə görüşüb

Nazir Rəşad Nəbiyev AİB-in Azərbaycan üzrə direktoru ilə görüşüb
# 04 may 2021 17:16 (UTC +04:00)

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə direktoru Kandis Patris Makdeyqanla görüşüb.

"APA-Economics" xəbər verir ki, nazir bu barədə "Twitter" hesabında yazıb.

O bildirib ki, görüşdə Azərbaycanda AİB tərəfindən maliyyələşdirilən nəqliyyat layihələri və Dəmir Yolu Sektorunun İnkişaf Proqramı barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR