"Ryanair" son 30 ildə yay mövsümünü ilk dəfə zərərlə başa vurub

"Ryanair" son 30 ildə yay mövsümünü ilk dəfə zərərlə başa vurub
# 02 noyabr 2020 11:08 (UTC +04:00)

Avropanın ən böyük loukosteri olan "Ryanair" aviaşirkəti özü üçün ilin ən vacib dövrü sayılan yay mövsümünü son 30 ildən çox bir müddət ərzində ilk dəfə zərərlə başa vurub.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, cari ilin aprel-sentyabr aylarını əhatə edən maliyyə ilinin ilk yarısına 197 mln. avro zərərlə yekun vuran aviaşirkət, ötən ilin eyni dövrünü 1,15 mlrd. mənfəətlə başa vurmuşdu.

Şirkətin sərnişin daşımaları aprel-sentyabr aylarında 80% azalıb. Ötən maliyyə ilində şirkətin sərnişin trafiki 149 mln. nəfər təşkil etsə də, cari il bu göstəricinin 38 mln. enəcəyi ehtimal edilir.

Qeyd edək ki, COVID-19 pandemiyası səbəbindən "Ryanair" bu il üçün sərnişin daşımaları üzrə hədəfini azaldıb. Şirkət virusun ikinci dalğasının gələcəkdə sözügedən hədəfin bir qədər də azaldacağını istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR