Azərbaycanda 10 yeni su anbarı tikiləcək

Azərbaycanda 10 yeni su anbarı tikiləcək
# 12 oktyabr 2021 15:01 (UTC +04:00)

Yaxın illərdə Azərbaycanın müxtəlif rayonlarında (Tovuz, Ağdaş, Ağsu, ölkənin şimal bölgəsi və s.) 10 su anbarının tikintisi nəzərdə tutulub.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədrinin müavini Rafiq Aslanov deyib.

Onun sözlərinə görə, cari və gələn illər ərzində yeni su anbarlarının texniki-iqtisadi əsaslandırılması və layihələndirilməsi başa çatdırılacaq.

"Çox güman ki, Yengicə və Əlincəçay su anbarlarının tikintisi gələn ilin əvvəlindən başlasın", - R. Aslanov qeyd edib.

Onun sözlərinə görə, digər su anbarlarının tikintisinə 2023-cü ildən etibarən başlanılacaq və bu proses dövlət tərəfindən ayrılan vəsaitlər hesabına həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR