Azərbaycanda kompüter insidentlərinin intellektual analizi metodları işlənilir

Azərbaycanda kompüter insidentlərinin intellektual analizi metodları işlənilir
# 07 iyul 2021 14:58 (UTC +04:00)

Azərbaycan alimləri informasiya təhlükəsizliyi istiqamətlərində elmi tədqiqatlar aparır.

AMEA İnformasiya Texnologiyaları İnstitutundan “APA-Economics”ə verilən məlumata görə, görülən işlər çərçivəsində elektron dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi problemləri tədqiq olunur, bulud sistemlərində və kiberfiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodları, kompüter şəbəkələrinin intellektual monitorinq texnologiyaları və internet mühitində kompüter insidentlərinin intellektual analizi metodları işlənilir.

Bununla yanaşı proqram məhsullarının təhlükəsizliyinin qiymətləndirilməsi, zərərli proqram təminatının statik və dinamik analizi, pilotsuz uçuş aparatlarının aşkarlanması üsulları, kiberfiziki sistemlərdə kriptoqrafik autentifikasiya protokolları üzrə araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR