Azərbaycanda sərnişindaşımalar 19% azalıb

Azərbaycanda sərnişindaşımalar 19% azalıb
# 15 iyul 2021 11:35 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 92,2 mln. ton yük daşınıb, bu da illik müqayisədə 4,2% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yüklərin

3%-i dəniz, 7,8%-i dəmir yolu, 0,2%-i hava, 56,7%-i avtomobil nəqliyyatı, 32,3%-i isə boru kəməri ilə daşınıb.

Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,1% azalıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,5% təşkil edib.

2021-ci ilin yanvar-iyun aylarında nəqliyyatçılar 555,1 milyon sərnişinə xidmət göstəriblər, bu da 19,5% azalma deməkdir. Sərnişinlərin 97,7%-i avtomobil nəqliyyatı, 2%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR