Bakı metropolitenində ventilyatorların sayı 120-ni üstələyir  

Bakı metropolitenində ventilyatorların sayı 120-ni üstələyir  
# 29 iyul 2021 12:20 (UTC +04:00)

Hazırda Bakı metropolitenində 121 ventilyator var və onlardan 10-u yeni quraşdırılıb.

"APA-Economics"in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

Onun sözlərinə görə, Rusiyanın “Ventprom” maşınqayırma zavodundan daha 23 güclü ventilyator alınıb.

"Bildiyiniz kimi, köhnə ventilyatorlar 75-80-ci illərdən qalma idi, buna baxmayaraq bütün ventilyator işlək vəziyyətdə idi. Lakin onların həm sürəti, həm havanın buraxışılış imkanı aşağı idi", - deyə rəis bildirib.

Qeyd edək ki, Rusiyanın “Ventprom” maşınqayırma zavodunda istehsal olunan 10 yeni ventilyator Bakı Metropoliteninin Yaşıl və Qırmızı xətlərində quraşdırılıb.

Yeni avadanlıqlar daha güclü olan 3-ü (75 kVt gücə malik "VOM 24-R" tipli) tunellərin havalandırılması üçün nəzərdə tutulub. Digər ventilyatorların (55 kVt gücü olan "VOM 20" tipli) təsir dairəsi isə stansiya və onlara yaxın tunel sahələridir.

Yeni ventilyatorların məhsuldarlığı, texniki göstəriciləri Bakı metropolitenin istismar şəraitinə tam uyğundur. Əvvəlki avadanlıqlar, an yaxşı halda, saniyədə 20-30 m3 məhsuldarlıqla işləyirdisə, yeniləri eyni vaxtda tuneli bundan 2-3 dəfə artıq təmiz hava kütləsi ila təmin edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR