Bakıda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib - FOTO

Bakıda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib

© APA | Bakıda iki ərazidə deformasiyaya uğramış örtük yenilənib

# 30 noyabr 2021 11:54 (UTC +04:00)

Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində (“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində, yan yolda) və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində (Xutor körpüsündən düşəndə) təmir işləri icra olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri zamanı deformasiyaya uğramış örtüyün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

“Bağırov” körpüsünün alt hissəsində mərkəz istiqamətində 430 m uzunluğunda və 3300 kv.m sahədə, Xutor körpüsündən düşəndə isə 120 m uzunluğunda və 2175 kv.m sahədə təmir işləri aparılıb.

Təmir işləri hərəkət intensizvliyi nəzərə alınaraq qeyri-iş günləri (şənbə və bazar) yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR