Mingəçevirin su təchizatında məhdudiyyətlər olacaq

Mingəçevirin su təchizatında məhdudiyyətlər olacaq
# 21 sentyabr 2021 15:01 (UTC +04:00)

Sentyabrın 22-də Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərindəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq. Bununla əlaqədar 22 sentyabr 2021-ci il tarixində Mingəçevir şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR