Bankların diskriminativ kreditləşmə siyasəti: Bakı ilə regionlar arasındakı uçurum - TƏHLİL

Bankların diskriminativ kreditləşmə siyasəti: Bakı ilə regionlar arasındakı uçurum - <span style="color: red;">TƏHLİL
# 16 mart 2016 10:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2016-cı ilin fevralın 1-nə 21 mlrd. 186 mln. 162,7 min manat təşkil edib ki, bunun da 84,37%-i və ya 17 mlrd. 875 mln. 572,1 min manatı Bakı şəhərinin payına düşüb.

APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının regionlar üzrə kredit qoyuluşu siyahısına nəzər salanda məlum olur ki, bu göstərici üzrə ikinci yerdə Aran iqtisadi rayonu qərarlaşıb. Belə ki, bu ilin ilk ayında Aran iqtisadi rayonuna kredit qoyuluşu 866 mln. 255,7 min manat təşkil edib. Bu ümumi kredit qoyuluşunun 4,09%-ni təşkil edir.

Kredit qoyuluşunun 3,24%-i Gəncə-Qazax iqtisadi rayonunun payına düşüb. Başqa sözlə, bu ilin yanvarında Gəncə-Qazax iqtisadi rayonuna 687 mln. 389,1 min manatlıq kredit qoyulub.

Kredit qoyuluşunun həcminə görə, sonrakı yerdə 3,21%-lik payla Abşeron iqtisadi rayonu qərarlaşıb. Bu ilin fevralın 1-nə bu iqtisadi rayona 679 mln. 351,3 min manat həcmində kredit qoyulub.

Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonu ən az kredit qoyuluşu olan rayonlardandır. Belə ki, hesabat dövründə Yuxarı Qarabağ iqtisadi rayonuna kredit qoyuluşu 67 mln. 540,3 min manat, Kəlbəcər-Laçın iqtisadi rayonuna isə bundan 11,2 dəfə az- 6 mln. 039,4 min manat olub.

Regionlar üzrə verilən kreditlərin orta faiz dərəcəsinə gəlincə, ən bahalı kreditlər Lənkəran iqtisadi rayonunun payına düşüb. Bu iqtisadi rayon üzrə verilən kreditlərin orta faiz dərəcəsi 23,4% təşkil edib. Hesabat dövründə ölkədə ən aşağı faizlə kreditlər Bakı şəhərində verilib. Paytaxtda orta kredit faizi 11,5% olub. İqtisadi rayonlar arasında orta faiz dərəcəsinə görə, ən aşağı göstərici Naxçıvanda qeydə alınıb. Burada verilən kreditlərin orta faiz dərəcəsi 14,4%-ə bərabər olub.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR