Ötən il Azərbaycanda dövlət ipoteka kreditləşməsi 10% azalıb - TƏHLİL

Ötən il Azərbaycanda dövlət ipoteka kreditləşməsi 10% azalıb - <span style="color: red;">TƏHLİL
# 01 fevral 2016 07:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ildə Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 113,712 mln. manat həcmində ipoteka krediti verilib ki, bu da 2014-cü ilə nisbətən 10,09% azdır.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat fondun saytında yerləşdirilib.

Kreditlər üzrə təhlil

Məlumata görə, ötən il 1164-ü güzəştli olmaqla, ümumilikdə 2133 ipoteka krediti verilib. Başqa sözlə, 2015-ci ildə 51 mln. 693,3 min manatlıq güzəştli, 53 mln. 801 min manatlıq adi ipoteka krediti verilib.

2016-cı ilin yanvarın 1-nə, ipoteka kreditlərinin sayı 17 975-ə, ümumi həcmi isə 670 mln. 995 min manata çatıb.

Ümumiyyətlə, dövlət ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək fond xətti ilə verilən 17 984 ipoteka kreditinin ümumi həcmi 730,172 mln. manat təşkil edib.

İpoteka kreditlərinin maliyyələşdirilməsi üçün cəlb edilmiş vəsaitlərin 40,5%-i dövlət büdcəsi, 59,5%-i qiymətli kağızların payına düşüb.

Güzəştli şərtlərlə ipoteka krediti alanların 78,3%-ni hərbi qulluqçular, 9,4%-ni dövlət qulluqçuları, 8,2%-ni məcburi köçkünlər, 2%-ni elmlər namizədləri, 1,7 %-ni idmançılar, 0,3 %-ni şəhid ailələri təşkil edib.

Borcalanlar üzrə təhlil

2015-ci ildə adi və güzəştli ipoteka krediti üzrə borcalanların 83,4%-ni kişilər, 16,6%-ni qadınlar təşkil edir.

Ailə vəziyyətinə gəlincə, ipoteka krediti alanların 68,3%-i evli, 31,7%-i subaydır.

Borcalanların 40,9%-i 18-29 yaş, 32,4%-i 30-35 yaş arasında, 26,7%-i isə 36 yaşdan yuxarı olub.

İpoteka krediti alanların 48,1%-i dövlət sektorunda, 51,9%-i özəl sektorda çalışır.

Borcalanların iş yerinə görə pay bölgüsünə gəlincə, onların 21,8%-i bank və sığorta sahəsində, 21,7%-i hərbi, 12,8%-i energetika, 9,1%-i hüquq-mühafizə, 4,6%-i yerli və xarici dövlət qurumlarında, 3,6%-i rabitə, 2,5%-i təhsil, 1,8%-i tikinti, 1,7%-i səhiyyə, 1,5%-i nəqliyyat, 0,6%-i sahibkarlıq və 18,3%-i digər sektorda çalışır.

Borcalanların aylıq gəlirinə nəzər salanda isə məlum olur ki, onların 37,4%-nin məvacibi 1100 manatdan yüksəkdir. İpotekadan yararlananların 20,7%-nin maaşı 700-900 manat, 17,3%-nin 500-700, 15,6%-nin 900-1100, 6,8%-nin 300-500 manatdır. Borcalanların 2,2%nin əmək haqqısı 300 manatdan aşağıdır.

İpoteka predmeti üzrə təhlil

İpoteka krediti hesabına alınan mənzillərin əksəriyyəti Bakı, Sumqayıt, Abşeron, Gəncə və Naxçıvanda yerləşir.

Bakı şəhərində ipoteka kreditlərinin inzibati rayonlar üzrə bölgüsünə gəlincə, ipoteka yolu ilə alınan mənzillərin 22,5%-i Xətai, 15,6%-i Yasamal, 14,1%-i Binəqədi, 11,2%-i Nəsimi, 9,5%-i Nizami, 8%-i Nərimanov, 6,6%-i Suraxanı, 4,6%-i Sabunçu, 3,7%-i Səbail, 3%- Qaradağ rayonunda yerləşir.

İpoteka yolu ilə alınan mənzillərin 51,2%-nin qiyməti 30 000-60 000 manat arasındadır. Bu yolla alınan mənzillərin 39,3%-nin dəyəri 60 000-90 000 manat, 5,2%-nin 90 000-120 000 manatdır, 2,2%-nin dəyəri isə 120 000 manatdan yüksəkdir. İpoteka yolu ilə alınan mənzillərin 2,2%-nin qiyməti 30 min manatdan aşağı olub.

Bu mənzillərin 41,8%-nin sahəsi 40-60, 30,8%-nin 60-80, 10,8%-nin 80-100, 3,9%-nin 100-120 kvadratmetr arasındadır. Bu yolla alınan mənzillərin 8,3%-nin sahəsi 40 kvadratmetrdən azdır, 4,5%-nin isə sahəsi 120 kvadratmetrdən çoxdur.

Qeyd edək ki, ipoteka yolu ilə alınan fərdi mənzillərin 91,8%-i çoxmənzilli binalarda yerləşir, mənzillərin 8,2%-ni isə həyət evləri təşkil edir.

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR