Azərbaycanın daha bir sığorta şirkəti müddətsiz lisenziya alıb

Azərbaycanın daha bir sığorta şirkəti müddətsiz lisenziya alıb
# 18 sentyabr 2008 14:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi «Star Alliance» sığorta şirkətinə müddətsiz lisenziya verib.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin əvvəlində qüvvəyə minən «Sığorta fəaliyyəti haqqında» yeni qanuna müvafiq olaraq «Star Alliance» sığorta şirkətinə müddətsiz lisenziya verilib.
Xatırladaq ki, indiyədək Maliyyə Nazirliyi tərəfindən «Azərqarant», «Kavkaz Sığorta» və «Günay-Anadolu» sığorta şirkətlərinə müddətsiz lisenziya verilib.
Qeyd edək ki, «Star Alliance» sığorta şirkəti 1998-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,961 mln. manat təşkil edib. Hazırda şirkət 14 könüllü və 2 icbari sığorta növü üzrə xidmət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR