"Ağ Sənəd": ƏDV üzrə ağır sanksiyaların tətbiqi onun iqtisadi mahiyyətinə ziddir

"Ağ Sənəd": ƏDV üzrə ağır sanksiyaların tətbiqi onun iqtisadi mahiyyətinə ziddir
# 11 iyun 2021 13:19 (UTC +04:00)

ƏDV-nin ödənilməsi gözləniləndən daha erkən əldə edildiyindən səhv dövrdə bəyan edilməsinə görə maliyyə sanksiyasının tətbiqinin ilk öncə iqtisadi əsası yoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") ölkə üzrə təqdim etdiyi növbəti "Ağ Sənəd"də deyilir.

Qeyd ilir ki, Azərbaycanda vergi ödəyicisi hesabatda göstərilən vergini azaltdığı və vergi ödəməkdən yayındığı təqdirdə azaldılmış və ya yayındırılmış vergi məbləğlərinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilə bilər. Həmin sanksiya həm də ƏDV tutulan əməliyyatın əvvəlcədən vergi ödəyici tərəfindən bəyan edildiyi təqdirdə də tətbiq edilir.

Sənədə görə, bu prinsip ədalətli deyil və bütün vergilərin iqtisadi cəhətdən əsaslandırmasına ziddir.

"Qeyd olunan prinsiplərə əsasən, belə nəticəyə gəlmək mümkündür ki, biznes tərəfindən hesabat dövrü səhv göstərilmiş ƏDV üçün çox ağır maliyyə sanksiyalarının tətbiqi ƏDV-nin iqtisadi mahiyyəti ilə ziddiyət təşkil edir", - deyə sənəddən bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR