AMB "AniPay"də təqdim olunan rəqəmsal həllərin əhatəliliyini artırıb

AMB "AniPay"də təqdim olunan rəqəmsal həllərin əhatəliliyini artırıb
# 03 iyun 2021 15:00 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yaradılaraq 2020-ci ilin 1 oktyabr tarixində istismara verilmiş Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.

"APA-Economics"in AMB-yə istinadən verdiyi məlumata görə, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində ölkədə ilk dəfə olaraq “Açıq bankçılıq” prinsipləri əsasında AÖS-də müştərilərin və onlara aid bank hesablarının məsafədən qeydiyyatdan keçirilməsi, silinməsi, qalıq üzrə məlumatların əldə edilməsi və əməliyyatların aparılması üzrə funksionallıqlar yaradılıb.

Müştərilər AÖS-ün “AniPay” mobil tətbiqindən (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər.

Qeyd edək ki, hazırda 19 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və “Azərpoçt” MMC AÖS platformasına inteqrasiya olunmuşdur. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR