AMB uçot dərəcəsini yüksəldib

AMB uçot dərəcəsini yüksəldib
# 29 oktyabr 2021 11:06 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəldilməsi haqqında qərar qəbul edib.

"APA-Economics"in məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

O bildirib ki, uçot dərəcəsi 6,5%-dən 7%-ə, faiz dəhlizinin aşağı həddi 6%, faiz dəhlizinin yuxarı həddi isə 7%-dən 8%-ə yüksəldilib.

Xatırladaq ki, bu, cari ildə faiz dәhlizinin parametrlәrinә dair sonuncu qərardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR