AYİB: Azərbaycan iqtisadiyyatı bu il 2%, gələn il 2,5% artacaq

AYİB: Azərbaycan iqtisadiyyatı bu il 2%, gələn il 2,5% artacaq
# 29 iyun 2021 12:44 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2021-2022-ci illər üçün Azərbaycan iqtisadiyyatının artım tempi üzrə proqnozlarını dərc edib.

"APA-Economics"in bankın " Regional Economic Prospects" hesabatının iyun buraxılışına istinadən verdiyi məlumata görə, 2021-ci ildə Azərbaycan ÜDM-i 2%, 2022-ci ildə isə 2,5% artacağı gözlənilir.

Bundan başqa, AYİB Şərqi Avropa və Qafqaz ölkələrinin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) iqtisadiyyatının 2021-ci ildə 2,8%, 2022-ci ildə 3% artacağı gözləyir. Bu proqnoz cari il üzrə 0,2 faiz bəndi yaxşılaşdırılıb, 2022-ci il üçün isə 1,1 faiz bəndi endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR