Azərbaycan əhalisi bu il içki və siqaretə 1,5 mlrd. manatdan çox xərcləyib

Azərbaycan əhalisi bu il içki və siqaretə 1,5 mlrd. manatdan çox xərcləyib
# 18 oktyabr 2021 12:27 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılar tərəfindən içkilər və tütün məmulatlarına 1,547 mlrd. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,5% artıb.

Cari ilin təkcə sentyabr ayında sözügedən göstərici 168,9 mln. manat təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 3,3% azdır.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,1%-i içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR