Azərbaycanda ortalama illik inflyasiya 4% təşkil edəcək 

Azərbaycanda ortalama illik inflyasiya 4% təşkil edəcək 
# 19 iyun 2021 11:31 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun yenilənmiş proqnozuna görə, bu il Azərbaycanda ortalama illik inflyasiya 4% təşkil edəcək. Bu ötən proqnozdan 0,5 faiz bəndi çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə fondun Azərbaycandakı virtual missiyasının yekunlarına dair müvafiq bəyanatında deyilir.

Bundan əvvəl, Azərbaycan Mərkəzi Bankı (AMB) bildirmişdi ki, ölkədə inflyasiyanın risk balansında artırıcı faktorların rolu yüksəlib. AMB-yə görə, inflyasiyanın tələb amillərinin davamlılığı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur, lakin ilin qalan dövründə qeyri-monetar amillərin inflyasiyaya təsirinin yüksələcəyinə baxmayaraq inflyasiya proqnozu dəyişdirilməyib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda illik inflyasiya 4,2% təşkil edib. Təkcə mayda isə illik inflyasiya 4,9%-a bərabər olub.

Xatırladaq ki, sonuncu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edərkən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, bu il Azərbaycanda inflyasiya hədəf diapazonunda qalacaq. Hədəf diapazonu 4±2%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR