Azərbaycanda özəl pensiya fondlarının yaradılması təklif olunub

Milli Məclis

© APA | Milli Məclis

# 17 noyabr 2021 11:56 (UTC +04:00)

“Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 500 milyon manata yaxın artıq vəsait qalıb. Mən bunu qəbul etmirəm”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, dövlət büdcəsində vəsait ayrılıbsa, bu, xərclənməlidir: “Şəhid ailələri, qazilərlə, əlilliyin təyinatı ilə bağlı bu gün çox böyük problemlər var. Əlilliyin təyinatı məsələsində son illər ərzində kəskin azalmalar da baş verib. Bu məsələyə diqqəti artırmaq lazımdır. Biz qanunda pensiya yaşı ilə bağlı dəyişikliklər etdik, həm də staj ilini dəyişdik. O da pulun yığılmasında DSMF-yə kömək etdi. Burada uşaqlara görə ödənilən müavinətlərə 30 milyon manat vəsait ayrılır. Bu, böyük rəqəm deyil. Ümumiyyətlə, müavinətlərlə bağlı məsələyə yenidən baxılmalıdır”.
V. Əhmədov qeyd edib ki, Fondun Aparatına ayrılan vəsait ötən illə müqayisədə 2 dəfəyə yaxın artıb: “Niyə biz ildən ilə belə artımlara gedirik? DOST Agentliyi yaradılıb, amma nazirliyin tərkibində də orada görülən işləri edən şöbələr var. Bunlar ləğv edilməlidir. Dünyada özəl pensiya fondları var, amma Azərbaycanda yoxdur. Artıq vaxtıdır ki, Azərbaycanda da özəl pensiya fondları yaradılsın”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR