“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil
# 28 iyun 2021 12:21 (UTC +04:00)

“InvestAZ” investisiya şirkəti dünya maliyyə bazarları ilə bağlı həftəlik təhlil təqdim edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, təhlildə həftə üzrə maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlər əks olunub.

EUR

Avrozonada inflyasiyanın yenidən 2%-ın altına düşəcəyi proqnozlaşdırıldığı üçün EUR/USD məzənnəsi də yenidən təzyiq altında qala bilər. Beləliklə, son günlər 1,19 $ ətrafında korreksiya edən avronun qiyməti 1,18 $-a kimi ucuzlaşa bilər. Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarına dair önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.

GBP

İngiltərədə də korona infeksiyaların artması xəbərləri, iqtisadi qeyri-müəyyənliyi artırmaqla bərabər, funt sterlinqin də ucuzlaşmasına səbəb olur. Son günlər yenidən ucuzlaşan GBP/USD məzənnəsi hazırda 1,39 $-ın altında ticarət edilməkdədir və 1,37 $-a kimi dəyər itirə bilər.

TRY

Bütün valyuta bazarlarında tendenisyaya uyğun olaraq, USD/TRY məzənnəsində də bahalaşma müşahidə edilir və bahalaşmanın 9 TL-yə kimi davam edəcəyi proqnozlaşdırılır.

NEFT

İrana qarşı neft ixracı sanksiyaların aradan qaldırılmasına dair xəbərlər, bazarda təklifin artması fonunda qiymətlərin də bahalaşması dinamikası zəifləmişdir. Lakin təhlillərə əsasən, Brent neftinin 80 $-a kimi dəyər qazanacağı proqnozlaşdırılır. Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

QIZIL

FED-in siyasətini sərtləşdirəcəyinə dair ehtimallar, qızılın da ucuzlaşmasına səbəb olur. Beləliklə, 1766 $-ın (56,8$/qram) qırılması ilə 1706 $-a (54,9 $/qram) kimi ucuzlaşmanın da şahidi olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR