Naxçıvan əhalisi bu il ödənişli xidmətlərə 75 mln. manat xərcləyib

Naxçıvan əhalisi bu il ödənişli xidmətlərə 75 mln. manat xərcləyib
# 12 iyun 2021 11:59 (UTC +04:00)

Naxçıvan Dövlət Statistika Komitəsi muxtar respublika üzrə əhaliyə göstərilən ödənişli xidmətlərin həcmini açıqlayıb.

"APA-Economics"in quruma istinadən verdiyi məlumata görə, bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikanın əhalisinə 74 575,2 min manat dəyərində ödənişli xidmətlər göstərilib ki, bu göstərici 2020-ci ilin eyni dövrünə nisbətən (müqayisəli qiymətlər üzrə) 2,6% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR