Azərbaycanda müxtəlif sığorta sahələri üzrə ekspert qrupları yaradacaq

Azərbaycanda müxtəlif sığorta sahələri üzrə ekspert qrupları yaradacaq
# 14 sentyabr 2020 12:50 (UTC +04:00)

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) müxtəlif sığorta sahələri üzrə ekspert qrupları yaradacaq.

"APA-Economics"in məlumatına görə, bunu ASA-nın icraçı direktorunun müşaviri Məmməd Ağayev deyib.

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən və assosiasiyaya üzv olan sığorta şirkətlərin mütəxəssisləri ASA-nın ekspertləri qismində istənilən sığorta hadisəsi ilə bağlı məlumat verəcək: "Koordinasiyanı ASA tam şəkildə təmin edəcək. ASA-ya müraciət edənlər sığorta ilə bağlı təfərrüatlı məlumatı birbaşa olaraq sığorta sahəsinin peşəkarlarından alacaqlar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR