Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 4%-dən çox artıb

Gürcüstanın Azərbaycanla mənfi ticarət saldosu 4%-dən çox artıb
# 19 aprel 2021 11:10 (UTC +04:00)

Bu ilin yanvar-mart ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 250 292,9 min ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 13,6% və ya 39 337,2 min dollar azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin analoji dövründə bu göstərici 289 630,1 min dollar təşkil edib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 145 714,0 min dollarlıq mal və məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 11,4% azdır. Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 7,5%-ni təşkil edib.

Yanvar-mart aylarında Gürcüstanın Azərbaycana ixracı isə 104 578,9 min dollara bərabər olub. Bu, əvvəlki illə müqayisədə 16.4% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 12,7%-ni təşkil edib.

Nəticədə, Gürcüstanın 2021-ci ilin birinci rübündə Azərbaycanla ticarət dövriyyəsində 41 135,1 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 4,2% çoxdur. Belə ki, ötən ilin analoji dövründə mənfi saldo 39 467,1 min dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR