IATA: Aviaşirkətlər 2022-ci ilədək müsbət pul axınına qayıda bilməyəcək

IATA: Aviaşirkətlər 2022-ci ilədək müsbət pul axınına qayıda bilməyəcək
# 07 oktyabr 2020 18:14 (UTC +04:00)

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) proqnozlarına görə, dünya aviaşirkətləri 2022-ci ilədək müsbət pul axınına çıxa bilməyəcək.

"APA-Economics"in məlumatına görə, bunu IATA-nın baş direktoru Aleksandr de Junyac mətbuat brifinqində açıqladı.

IATA-nın hesablamalarına əsasən, cari ilin II rübündə aviaşirkətlər xərclərini 50%-dən çox azaltsa da, fəaliyyətin davam etdirilməsinə 51 mlrd. ABŞ dolları yönəldiblər, halbuki aviaşirkətlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 80% azalıb. Bundan başqa, cari ilin ikinci yarısında əməliyyatların bərpa olunmasına baxmayaraq, aylıq mənfi pul axınının təxminən 77 mlrd. dollara çatacağı gözlənilir ki, bu da ayda 13 mlrd. dollar və ya dəqiqədə 300 min dollara bərabərdir.

"Aviasiya sənayesinin tədricən bərpası onu deməyə əsas verir ki, şirkətlərin gələn il xərcləri orta hesabla 5-6 mlrd. dollar təşkil edəcək ki, bunun nəticəsində 2021-ci ildə 60-70 mlrd. dollar dəyərində mənfi pul axını yaranacaq. Yay mövsümündə əldə edilən pul vəsaitləri qış aylarında aviaşirkətlərin fəaliyyət göstərməsinə yardım edir. Bu il fəlakətli yaz və yay ayları, təəssüf ki, təhlükəsizlik yastığı yarada bilməyib", - deyə A. de Junac vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR