Avtomobildə sıxılı vəziyyətdə qalan qadının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Avtomobildə sıxılı vəziyyətdə qalan qadının meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
# 22 noyabr 2020 04:11 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən məlumata görə, hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1979-cu il təvəllüdlü İbrahimova Ruhiyyə Tacir qızının meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR