Çin Gürcüstana koronavirus vaksini göndərib - FOTO

Çin Gürcüstana koronavirus vaksini göndərib - FOTO
# 29 aprel 2021 22:25 (UTC +04:00)

Gürcüstan Çinin ianə etdiyi yeni növ koronavirus (COVID-19) əleyhinə 100 min doza "Sinovac" vaksinini qəbul edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, vaksinləri daşıyan Macarıstana məxsus təyyarə bu gün axşam saatlarında Tbilisi Hava Limanına enib.

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani çatdırılan vaksinlərə görə Çinə və Macarıstana təşəkkür edib, bu addımın pandemiyaya qarşı mübarizədə ölkələr arasında yaxşı əməkdaşlıq nümunəsi olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR