Duma Rusiyada prezidentlik müddətinin ləğv olunması ilə bağlı təklifi dəstəkləyib

Duma Rusiyada prezidentlik müddətinin ləğv olunması  ilə bağlı təklifi dəstəkləyib
# 10 mart 2020 17:15 (UTC +04:00)

Rusiya Dövlət Duması prezidentlik müddətinin qaldırılması ilə bağlı təklifi dəstəkləyib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dumanın bu gün keçirilən plenar iclasında “Vahid Rusiya” partiyasından olan deputat Valentina Tereşkovanın prezidentlik müddətinin qaldırılması ilə bağlı Konstitusiyaya edilən dəyişikliklə bağlı təklif səsə qoyulub.

Duma böyük səs fərqli ilə V. Tereşkovanın prezidentlik müddətinin qaldırılması ilə bağlı təklifi dəstəkləyib.

Rusiya Prezidenti Vladimir Putin isə məhdudiyyətin götürülməsini məqsədə uyğun saymadığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR