Ermənistan parlamenti Paşinyanı Baş nazir seçməyib

Ermənistan parlamenti Paşinyanı Baş nazir seçməyib
# 03 may 2021 15:21 (UTC +04:00)

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanın Baş nazir postuna namizədliyinin lehinə səs verməyib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, məqsəd növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Paşinyanın Baş nazir seçilməsinin lehinə 1, əleyhinə 3 deputat səs verib, 75 nəfər bitərəf qalıb.

Spiker Ararat Mirzoyan N. Paşinyanın Baş nazir seçilmədiyini elan edib.

Qeyd edək ki, Ermənistanda növbədənkənar seçkilərin bu il iyunun 20-də keçirilməsi gözlənilir. Seçkilərlə əlaqədar Baş nazir postundan istefa verən N. Paşinyan hazırda bu vəzifəni müvəqqəti icra edir. Parlamentdə bu gün keçirilmiş səsvermə isə növbədənkənar seçkilərin baş tuta bilməsi üçün prosedur xarakteri daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR