Ermənistanda COVID-19-a yoluxanların sayı 208 818-ə, ölənlərin sayı 3895-ə çatıb

#
# 11:07
19 aprel 2021

Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 298 yeni yoluxma qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində xəstəlikdən 17 nəfər ölüb, bununla da Ermənistanda indiyə qədər koronavirusdan ölənlərin ümumi sayı 3895 nəfərə çatıb.

Ölkədə indiyədək 208 818 nəfər koronavirusa yoluxub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR