Ermənistanda son sutkada 175 nəfər koronavirusa yoluxub

Ermənistanda son sutkada 175 nəfər koronavirusa yoluxub
# 29 avqust 2020 11:11 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 175 yoluxma qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Ermənistanda indiyədək koronavirusa yoluxanların ümumi sayı 43626 nəfərə çatıb.

Son 24 saatda 3 nəfər koronavirusdan vəfat edib ki, bununla da Ermənistanda indiyə qədər bu xəstəlikdən ölənlərin ümumi sayı 872 nəfərə yüksəlib.

İndiyə qədər xəstəlikdən 37563 nəfər sağalıb. Hazırda 4925 nəfərin müalicəsi davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR