Lavrov: “Kiyevi Minsk razılaşmalarının icrasına yalnız Qərb məcbur edə bilər”

Lavrov: “Kiyevi Minsk razılaşmalarının icrasına yalnız Qərb məcbur edə bilər”
# 28 aprel 2021 12:37 (UTC +04:00)

“Donbassda vəziyyətin nizamlanması üçün Kiyevi Minsk razılaşmalarının icrasına yalnız Qərb məcbur edə bilər”.

APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA “Novosti”yə müsahibəsində bildirib:

“Hazırda ən böyük məsuliyyət Qərbin üzərinə düşür. Çünki ancaq Qərb Vladimir Zelenskini həm sələfinin imzaladığı Minsk sənədlərini, həm də 2019-cu ilin dekabrında Parisdə Fransa və Rusiya prezidentləri və Almaniya kanslerinin iştirakı ilə imzalanan razılaşmanı icra etməyə məcbur edə bilər”.

O, həmçinin V. Zelenskinin Donbassın xüsusi statusu məsələsini həm ölkə Konstitusiyasına, həm də digər qanunvericilik aktlarına daxil etmək barədə öhdəlik götürdüyünü xatırladıb: “Zelenskiyə və komandasına himayədarlıq edənlər onu bu sənədlərin icrasına məcbur etmək istəmirlər”.

Xatırladaq ki, Ukrayna hökuməti 2014-cü ilin aprelində özlərini “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” adlandıran separatçılara qarşı hərbi əməliyyatlara başlayıb.

BMT-nin rəsmi məlumatına əsasən, silahlı münaqişə nəticəsində 13 min nəfərə yaxın insan həlak olub. Münaqişə üzrə kontakt qrupunun 2014-cü ilin sentyabrından apardığı müzakirələr nəticəsində vəziyyətin sabitləşdirilməsini nəzərdə tutan üç reqlament xarakterli sənəd qəbul olunub. Buna baxmayaraq, regionda atəşkəsin pozulması halları qeydə alınır.

Son vaxtlar isə vəziyyət daha da gərginləşib, hərbi toqquşma təhlükəsi artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR