Qırğızıstanda koronavirusa yoluxanların sayı 430 nəfərə çatıb

Qırğızıstanda koronavirusa yoluxanların sayı 430 nəfərə çatıb
# 14 aprel 2020 09:32 (UTC +04:00)

Qırğızıstanda daha 11 nəfər koronavirusa yoluxub.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 430 nəfərə yüksəlib, 5 nəfər vəfat edib.

Qeyd olunub ki, 71 nəfər xəstəlikdən sağalıb, 11 nəfərin vəziyyəti isə ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR