Rusiya G20-nin koronovirusla bağlı təcili sammitinə dəvət alıb

Rusiya G20-nin koronovirusla bağlı təcili sammitinə dəvət alıb
# 24 mart 2020 15:58 (UTC +04:00)

Rusiya "Böyük 20"lərin (G20) koronovirusla bağlı təcili sammitinə dəvət alıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, G20-nin koronovirusla bağlı sammiti martın 26-da video-konfrans formatında keçiriləcək: "Kreml bu sammitə dəvət alıb. Buna hazırlıq gedir".

Qeyd edək ki, G20-nin dünyada koronavirusun yayılması ilə bağlı vəziyyətə həsr olunan sammitinin keçiriləcəyi ilə bağlı ilk xəbəri Yaponiyanın "Kyodo" informasiya agentliyi Yaponiya hökumətindəki mənbəyə istinadən yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR