Rusiyada avtoqəzada “QAZel” yanıb, altı nəfər ölüb

 Rusiyada avtoqəzada “QAZel” yanıb, altı nəfər ölüb
# 14 fevral 2020 13:18 (UTC +04:00)

Rusiyanın Tambov vilayətində “QAZel” markalı avtomobilin yük maşını ilə qarşı-qarşıya toqquşması nəticəsində altı nəfər ölüb.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, qəzada ölənlər “QAZel”-in sürücüsü və sərnişinləridir. Yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, qəzanın səbəbi araşdırılır.

İlkin versiyaya görə, qəza “QAZel” markalı nəqliyyat vasitəsinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq qarşı yol çıxması nəticəsində baş verib.  

Zərbənin təsirindən “QAZel” yanıb, avtomobildəkilər hamısı yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR