Rusiyada ilk dəfə lotoreyada 1 milyard rubl uduş olub

Rusiyada ilk dəfə lotoreyada 1 milyard rubl uduş olub
# 01 yanvar 2020 18:42 (UTC +04:00)

Rusiyada ilk dəfə lotoreyada 1 milyard rubl uduş olub.

APA-nın xəbərinə görə, bu barədə lotoreya oyununu təşkil edən "Stoloto" məlumat yayıb

Uduşun sahibi Moskva sakinidir.

Ümumilikdə lotoreya oyunu ilə əlaqədar 53,6 milyon ədəd bilet satılıb. Bir biletin qiyməti 100 rubl olub. 1 milyard rubl məbləğində uduş Rusiyada keçirilən lotoreya oyunları tarixində rekorddur.

Uduşu almaq üçün bilet sahibi "Stoloto"nun Moskvanın mərkəzində yerləşən mərkəzinə gəlməlidir. "Stoloto" ümid edir ki, uduş sahibi tezliklə peyda olacaq və vəsaiti necə xərcləməyi planlaşdırdığını açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR