Rusiyada son sutkada 1175 nəfər koronavirusa yoluxub, 5 nəfər ölüb

#
# 11:48
8 aprel 2020

Rusiyada son sutka ərzində koronavirusa 1175 yeni yoluxma qeydə alınıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Operativ Qərargahın məlumatda bildirilir ki, ümumi yoluxanların sayı 8672 nəfərə çatıb.

Yoluxma 81 regionu əhatə edir.

Son sutka ərzində ölənlərin sayı isə 5 nəfərdir. Rusiya ərazisində indiyədək koronavirusdan 63 nəfərin öldüyü açıqlanıb. Sağalanların ümumi sayı 583 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR