Rusiyada yol qəzasında altı uşaq ölüb

Rusiyada yol qəzasında altı uşaq ölüb
# 30 aprel 2021 18:44 (UTC +04:00)

Rusiyada ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, yol qəzası bu gün Həştərxan-Stavropol avtomobil yolunda qeydə alınıb.

Belə ki, avtobus, yük maşını və minik avtomobilinin toqquşması nəticəsində 6 azyaşlı ölüb.

Qəza nəticəsində xəsarət alan 12 nəfər isə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR