KİV: Ermənistanın Baş Qərargah rəisi istefaya göndərilir

Artak Davtyan

© APA | Artak Davtyan

# 19 noyabr 2021 10:37 (UTC +04:00)

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan istefaya göndərilir.

APA-nın məlumatına görə, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti yazır.

Qəzet yazır ki, bununla bağlı artıq siyasi qərar verilib və yeni müdafiə naziri Suren Papikyan A. Davtyanın yerinə kadr axtarır.

Nəşrin yazdığına görə, nazir hələlik bu addımı atmağa tələsmir, belə ki, bu posta uyğun kadr tapa bilmir. Hazırda məsələ mümkün kadrların axtarışı səviyyəsindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR