“Rosatom” “Akkuyu” AES-in 4 saylı enerji blokunun tikintisi üçün lisenziya alıb

“Rosatom” “Akkuyu” AES-in 4 saylı enerji blokunun tikintisi üçün lisenziya alıb
# 29 oktyabr 2021 12:57 (UTC +04:00)

Rusiya Atom Enerjisi üzrə Dövlət Korporasiyası ("Rosatom") Türkiyədə “Akkuyu” AES-in 4 saylı enerji blokunun tikintisi üçün lisenziya alıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “Akkuyu Nüklear” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bununla bağlı Nüvə Tənzimləmə Şurası müvafiq qərar qəbul edib.

“Lisenziyanın əldə edilməsi blokda bütün tikinti-quraşdırma işlərinə başlamağa, o cümlədən obyektlərin nüvə təhlükəsizliyini etməyə imkan verir” - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR