Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilir

Sergey Lavrov və Ara Ayvazyan

© APA | Sergey Lavrov və Ara Ayvazyan

# 06 may 2021 10:52 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ara Ayvazyan arasında görüş başlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, görüş Rusiya XİN başçısının İrəvana səfəri çərçivəsində keçirilir.

S. Lavrov daha sonra Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşəcək.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri 10-11 may tarixlərində Azərbaycana səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR