Dmitri Sanakoyev: “Əvvəlcə inzibati vahid yaratmaq, daha sonra Cənubi Osetiyanın gələcək statusu ilə məşğul olmaq lazımdır”

Dmitri Sanakoyev: “Əvvəlcə inzibati vahid yaratmaq, daha sonra Cənubi Osetiyanın gələcək statusu ilə məşğul olmaq lazımdır”
# 29 mart 2007 09:43 (UTC +04:00)
Cənubi Osetiyada keçirilən alternativ prezident seçkilərində Dmitri Sanakoev qalib gəlib. Bir müddət əvvəl Dmitri Sanakotevlə görüşən prezident Mixail Saakaşvili bu şəxsin osetin xalqının dəstəyinə malik olduğunu vurğulayıb. O, Sxinvali ərazisində müvəqqəti inzibati strukturların yaradılması təklifi ilə çıxış edib, bu struktura Dmitri Sanakoyevin rəhbərlik edəcəyi gözlənilir. Cənubi Osetiyanın de-fakto prezidenti Sanakoev APA-nın Gürcüstan bürosuna verdiyi açıqlamada Cənubi Osetiya Muxtar Vilayətinin 90-cı illərin əvvəllərində Gürcüstan parlamentinin qərarı ilə ləğv olunduğunu bildirib: “Prezident Saakaşvilinin təşəbbüsü Cənubi Osetiyada müvəqqəti inzibati vahidin yaradılmasını nəzərdə tutur. Bu, qanunauyğun və yaxşı faktordur. Əvvəlcə inzibati vahid yaratmaq, daha sonra Cənubi Osetiyanın gələcək statusu ilə məşğul olmaq lazımdır. Bu statusu da inzibati vahid əsasında müəyyənləşdirmək olar. Bu, gürcü və osetin xalqları arasında qarşılıqlı münasibətlərin qurulması üçün ilk addımlardır”. Sanakoyev APA-ya bildirib ki, Mixail Saakaşvilinin təşəbbüsü hələlik ümumi xarakter daşıyır: “Biz bilmirik ki, yeni inzibati strukturlar hansı səlahiyyətlərə malik olacaq. Aydın olan odur ki, bu strukturlar əhalinin sosial-iqtisadi durumunun yaxşılaşdırılması ilə məşğul olacaq. Mən həmişə demişəm və deyirəm ki, bütün problemləri sülh yolu ilə həll etmək lazımdır. Orada yaşayan ictimaiyyət anlamalıdır ki, bizim üçün sülh şəraitində yaşamaq və ümumi sərhədlər daxilində öz dövlətçiliyimizi formalaşdırmaq müstəqillikdən danışmaqdan yaxşıdır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR