Estoniya prezidenti Gürcüstana səfər edəcək

Estoniya prezidenti Gürcüstana səfər edəcək
# 05 may 2007 09:46 (UTC +04:00)
Estoniya prezidenti Tomas Hendrik İlves mayın 7-də Gürcüstana rəsmi səfər edəcək. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, T. H. İlves prezident Mixail Saakaşvili və parlamentin sədri Nino Burcanadze ilə görüşəcək, Tiflis Dövlət Universitetində olacaq. Səfər çərçivəsində Gürcüstan-Estoniya biznes forumu da keçiriləcək. Mayın 8-də Estoniya nümayəndə heyəti Batumiyə yollanacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR