Gürcüstan ordusunda şəxsi heyətin sayı artırılacaq

Gürcüstan ordusunda şəxsi heyətin sayı artırılacaq
# 12 sentyabr 2007 09:29 (UTC +04:00)
Gürcüstan Müdafiə Nazirliyi Silahli Qüvvələrin şəxsi heyətinin sayını 28 mindən 32 minə qədər artırmaq niyyətindədir. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu məsələ yaxın vaxtlarda parlamentdə müzakirə ediləcək. Silahlı Qüvvələrin Baş Qərargah rəisi Zaza Qoqava bildirib ki, müqavilə əsasında hərbi xidmətə cəlb olunacaq hərbçilərdən ibarət yeni briqadanın yaradılması planlaşdırılır.
Qeyd edək ki, Gürcüstan ordusu 2005-ci ildə 23 min, 2006-cı ildə 26 min hərbi qulluqçudan ibarət olub. Hazırda orduda 28 min əsgər və zabit xidmət edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR