İrakli Okruaşvili: “Biznesmen Patarkaçişvilini öldürmək üçün Saakaşvilidən iki dəfə tapşırıq almışam”

İrakli Okruaşvili: “Biznesmen Patarkaçişvilini öldürmək üçün Saakaşvilidən iki dəfə tapşırıq almışam”
# 26 sentyabr 2007 08:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri “Vahid Gürcüstan uğrunda” hərəkatının lideri, sabiq müdafiə naziri İrakli Okruaşvili bəyan edib. “İmedi” telekanalına müsahibə verən Okruaşvili biznesmenin öldürülməsi üçün iki dəfə prezidentdən tapşırıq aldığını deyib: “O mənə iki dəfə müraciət edərək Patarkaçişvilinin Rafiq Xariri Livanda öldürüldüyü kimi öldürülməsi ideyasına münasibətimi soruşdu. Zurab Jvaniyanın müəmmalı ölümü ilə bağlı da bu günə kimi heç kəsin bilmədiyi bir faktı açıqlamaq istəyirəm. Rəsmi versiyaya görə, Jvaniya naməlum mənzildə qazdan zəhərlənərək ölüb, lakin mən bildirirəm ki, həmin mənzilə əvvəlcədən öldürülmüş Jvaniyanın cəsədini gətirib qoyublar”. Okruaşvili həmçinin Gürcüstan rəhbərliyinin Cənubi Osetiyanı güc yolu ilə ölkəyə birləşdirəcək məxfi planı da açıqlayıb: “Belə bir plan vardı. Plana əsasən, kiçik əməliyyat və az saylı itkilər hesabına Sxinvali geri qaytarılacaqdı. Bu planın həyata keçirilməsi 2006-cı ilin yazına planlaşdırılmışdı”. Qeyd edək ki, İrakli Okruaşvili 2004-2006-cı illərdə Gürcüstanın müdafiə naziri olub. 2006-cı ildə prezidentin sərəncamı ilə vəzifəsindən azad olunan Okruaşvili iqtisadi inkişaf naziri təyin edilib. Cəmi bir həftə bu vəzifəni icra edən Okruaşvili könüllü olaraq tutduğu postdan istefa verib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR