Tanınmış müğənni və aktyor Vaxtanq Kikabidze hakimiyyətlə müxalifət arasında vasitəçilik etməyə hazır olduğunu açıqlayıb

Tanınmış müğənni və aktyor Vaxtanq Kikabidze hakimiyyətlə müxalifət arasında vasitəçilik etməyə hazır olduğunu açıqlayıb
# 05 noyabr 2007 08:57 (UTC +04:00)
Tanınmış müğənni və aktyor Vaxtanq Kikabidze Gürcüstan prezidenti Mixail Saakaşvili ilə müxalifət arasında dialoq keçirilməsi üçün vasitəçilik etməyə hazır olduğunu açıqlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, V. Kikabidze bildirib ki, hər iki tərəf bir-birinə doğru addım atmalıdır: “Bu gün vəziyyət çox pisdir. Mən heç vaxt Tiflis küçələrində bu qədər adam görməmişəm. Əgər tərəflər arasında birbaşa dialoq mümkün deyilsə, onların hər ikisinin etimad etdiyi insanları prosesə qoşmaq olar. Hakimiyyət və müxalifət mənim dialoq prosesinə daxil olmağımı məqsədəuyğun saysalar, mən məmnuniyyətlə bunu edərəm”. V. Kikabidzenin fikrincə, dialoq başlamasa, hadisələrin sonrakı inkişafına nə hakimiyyət, nə də müxalifət nəzarət edə biləcək. Müğənni müxalifətin mitinqində bəzi senzuradan kənar ifadələrin istifadə olunmasından narazılığını da dilə gətirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR