NATO-nun baş katibi Gürcüstanda fövqəladə vəziyyət tətbiq edilməsinin avroatlantik dəyərlərə uyğun olmadığını bildirib

NATO-nun baş katibi Gürcüstanda fövqəladə vəziyyət tətbiq edilməsinin avroatlantik dəyərlərə uyğun olmadığını bildirib
# 08 noyabr 2007 14:36 (UTC +04:00)
NATO-nun baş katibi Yaap de Hoop Sxeffer ölkədə fövqəladə vəziyyət elan edən və kütləvi informasiya vasitələrinin fəaliyyətini məhdudlaşdıran Gürcüstan hakimiyyətini tənqid edib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Yaap de Hoop Sxeffer alyansın rəsmi saytında yerləşdirilən bəyanatında belə tədbirlərin avroatlantik dəyərlərə uyğun olmadığını bildirib: “NATO-nun intensiv dialoq apardığı tərəfdaş ölkə olan Gürcüstanda fövqəladə vəziyyətin tətbiq olunması və kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırılması avroatlantik dəyərlərə uyğun gəlmir və xüsusi narahatlıq doğurur. Mən NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmonsa tapşırdım ki, bizim bütün tərəfləri təmkinli olmağa, zorakılıqdan qaçmağa və qanun çərçivəsində hərəkət etməyə çağırdığımızı Gürcüstan xarici işlər nazirinin nəzərinə çatdırsın”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR