Gürcüstan müxalifətinin liderlərindən biri Salome Zurabişvili Avropada yüksək səviyyədə qəbul ediləcək

Gürcüstan müxalifətinin liderlərindən biri Salome Zurabişvili Avropada yüksək səviyyədə qəbul ediləcək
# 15 noyabr 2007 15:00 (UTC +04:00)
“Gürcüstanın yolu” Partiyasının lideri, birləşmiş müxalifətin baş nazir vəzifəsinə namizədi Salome Zurabişvili Avropa ölkələrinə səfərə yollanacaq. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sabah başlanacaq səfər 10 gün davam edəcək. Bu müddətdə S. Zurabişvili Fransa, Böyük Britaniya, Almaniya və Belçikada yüksək səviyyəli görüşlər keçirəcək. Onun Avropa Birliyinin təhlükəsizlik və ümumi xarici siyasət üzrə ali təmsilçisi Havyer Solana və Fransa prezidenti Nikola Sarkozi ilə görüşləri gözlənilir. Keçmiş xarici işlər naziri avropalı siyasətçilərə və media nümayəndələrinə Gürcüstandakı vəziyyət barədə məlumat verəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR