Gürcüstan ordusu “Kalaşnikov”lardan imtina edərək, ABŞ istehsalı olan M4 avtomatları ilə silahlanmağa başlayıb

Gürcüstan ordusu “Kalaşnikov”lardan imtina edərək, ABŞ istehsalı olan M4 avtomatları ilə silahlanmağa başlayıb
# 18 yanvar 2008 14:32 (UTC +04:00)
Bu gün Gürcüstan Silahlı Qüvvələrinin Qoridə NATO standartlarına uyğun inşa olunmuş hərbi bazasında ordunun sərəncamına verilən yeni avtomat silahın təqdimatı keçirilib. APA-nın “Novosti-Qruziya”ya istinadən verdiyi məlumata görə, təqdimat mərasimində iştirak edən Mixail Saakaşvili Gürcüstan Silahlı Qüvvələri üçün tarixi günün yaşandığını bildirib: “Biz ordunun Qərb istehsalı olan ən yaxşı silahlarla təchizatına başlayırıq. Ordumuzun sərəncamına NATO standartlarına cavab verən yeni hərbi texnika və artilleriya daxil olub. Bu gün biz dünyadakı ən yaxşı avtomat olan M4 avtomatlarına keçirik. Tədricən aviasiyamızı da Qərb standartlarına uyğunlaşdıracağıq”. M. Saakaşvili keçmiş sovet respublikalarının arasında ilk dəfə, eyni zamanda bu sürətlə məhz Gürcüstanın öz silahlarını dəyişməyə başladığını deyib: “Mən qürurla deyirəm ki, Gürcüstanın peşəkar orduya sahib olması üçün dörd il kifayət edib”. M. Saakaşvili hərbçilərə “Kalaşnikov” avtomatlarının əvəzində ABŞ istehsalı olan M4 avtomatlarını şəxsən təqdim edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR