Dövlət Dumasının sədri: “SSRİ-nin dağılmasında əli olanların adlarının çəkilməsi vacibdir”

Vyaçeslav Volodin

© APA | Vyaçeslav Volodin

# 01 iyun 2021 14:26 (UTC +04:00)

SSRİ-nin dağılmasına qiymət vermək və bunda əli olanların adlarının çəkilməsi vacibdir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Dumanın bu gün keçirilən plenar iclasında bildirib.

“Sovet İttifaqının niyə dağıldığını qiymətləndirməliyik. Düzgün olardı ki, bunu təxirə salmadan edək. Kim xəyanət edib? Soyadlar, adlar”, - deyə V. Volodin qeyd edib.

Onun sözlərinə görə, xəyanət və qeyri-effektivlik bu gün ölkədəki bir çox problemlərin nəticəsidir: “30 il, bunun 10 ili itirilmiş vaxtdır. Qalan vaxt isə torpaqların yığılması, münaqişələrə son qoyulması, borc öhdəliklərinin ödənilməsidir. Bunu da etiraf etmək lazımdır ki, ancaq 2004-cü ildən ödəməyə başladılar. Sonra sanksiyalar, böhranlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR