Əfqan diasporları “Taliban”ın terrorçu təşkilatlar siyahısından çıxarılması ilə bağlı BMT TŞ-yə müraciət edib

Əfqan diasporları “Taliban”ın terrorçu təşkilatlar siyahısından çıxarılması ilə bağlı BMT TŞ-yə müraciət edib
# 08 sentyabr 2021 13:24 (UTC +04:00)

Rusiya və MDB ölkələrindəki əfqan diasporları BMT Təhlükəsizlik Şurasına müraciət edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiya və MDB Ölkələrindəki Əfqan Diasporları Mərkəzinin prezidenti, Əfqan Diasporları Beynəlxalq Şurasının həmsədri Məhəmməd Cəlal Qulam adından yayılan müraciətdə “Taliban” hərəkatının terrorçu təşkilatlar siyahısından çıxarılması xahiş olunub.

““Taliban”la siyasi alverin dayandırılmasını və əfqan xalqı haqqında düşünməyi, reallıqları nəzərə alaraq “Taliban” hərəkatından bütün sanksiyaların götürülməsini, “Taliban”ın qadağan olunmuş təşkilatların siyahısından çıxarılmasını və əfqan xalqının xilası ilə bağlı humanitar əməkdaşlığa başlamağı xahiş edirik. Dünya ictimaiyyəti “Taliban”ı nə qədər tez tanısa, bir o qədər tez öz xalqına və digər ölkələrə qarşı daha təhlükəsiz və humanist münasibət göstərəcək”, - deyə müraciətdə qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR