Ermənistan müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

Suren Saakyan

© APA | Suren Saakyan

# 21 iyul 2021 15:48 (UTC +04:00)

Ermənistan müdafiə nazirinin müavini Suren Saakyan vəzifəsindən azad edilib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bununla bağlı Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan fərman imzalayıb.

Qeyd edək ki, N. Paşinyanın digər qərarı ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyan müdafiə nazirinin birinci müavini təyin edilib. A. Karapetyan faktiki olaraq iyulun 20-də istefa verən Vaqarşak Arutyunyanın yerinə müdafiə naziri vəzifəsini icra edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR